Qubada avtomobil dərəyə aşdı, ölən var

Qubada avtomobil dərəyə aşdı, ölən var Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
29 May , 2020 08:33
Qubada avtomobil dərəyə aşdı, ölən var

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə, Quba rayonunun Ördüc kəndi ərazisində "UAZ" markalı minik avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1990-cı il təvəllüdlü Hüseynov Pərviz Həsənəli oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi