Gürcüstan vətəndaşı Qubada qəzaya düşdü

Gürcüstan vətəndaşı Qubada qəzaya düşdü Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
5 Avqust , 2020 23:30
Gürcüstan vətəndaşı Qubada qəzaya düşdü

Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində baş verən avtomobil qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, “BMW” markalı avtomobilin yol kənarındakı ağaca çırpılması nəticəsində sürücü, Gürcüstan vətəndaşı Rəşad Həsənov və sərnişini Allahyar Fərhadov xəsarət alıb.

Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralılara tibbi yardım göstərildikdən sonra müalicə üçün Bakıya göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

22:20

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun  Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “BMW” markalı avtomobil yol kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində iki nəfər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralılara tibbi yardım göstərilir. Qəzanın baş vermə səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi