Qubada atasını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Qubada atasını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası martın 17-nə təyin edilib
Hadisə
9 Mart , 2017 11:18
Qubada atasını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 9 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən 1993-cü il təvəllüdlü Sərxan Heydərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 17-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il noyabr ayının 10-da Quba rayonunda, 24 yaşlı Sərxan Heydərovun atası, 48 yaşlı Siyavuş Heydərova məxsus kafedə baş verib. Ata və oğul arasında yaranan mübahisə nəticəsində cinayət törədilib.

Belə ki, Sərxan Heydərov atasının boyun nahiyəsinə bıçaqla xəsarət yetirib. O, hadisədən sonra ərazidən qaçıb.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Heydərov tutularaq istintaqa təhvil verilib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi