Yuxarı
    Bağlamaq

    Qubada atasını qətlə yetirməkdə təqsirləndirilən şəxs 12 il müddətinə azadlıqdan məhrum edilib

    Sərxan Heydərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb

    Bakı. 11 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən 1993-cü il təvəllüdlü Sərxan Heydərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    "Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Məhkəmənin hökmü ilə S.Heydərov 12 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə ötən il noyabr ayının 10-da Quba rayonunda, 24 yaşlı Sərxan Heydərovun atası, 48 yaşlı Siyavuş Heydərova məxsus kafedə baş verib. Ata və oğul arasında yaranan mübahisə nəticəsində cinayət törədilib.
    Belə ki, Sərxan Heydərov atasının boyun nahiyəsinə bıçaqla xəsarət yetirib. O, hadisədən sonra ərazidən qaçıb.

    Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Heydərov tutularaq istintaqa təhvil verilib.

    O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi