Qubada ana və qızı yol qəzasına düşüb

Qubada ana və qızı yol qəzasına düşüb Faktla bağla araşdırma aparılır
Hadisə
26 Dekabr , 2016 13:48
Qubada ana və qızı yol qəzasına düşüb

Quba. 26 dekabr. REPORT.AZ/ Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət yolunun 172-ci kilometrliyində, rayonun Vladimirovka kənd ərazisindən keçən hissəsində qeydə alınıb. 

Zakir Hüseynağa oğlu Seyidov idarə etdiyi "Mercedes" markalı 99-FO-961 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı ağaca çırpılıb. 

Nəticədə avtomobildə olan  Qusar rayon sakini, 1986-cı il təvəllüdlü Rima Mirzə qızı Muxurova baş nahiyəsindən aldığı xəsarətdən koma vəziyyətinə düşüb, onun 10 yaşlı qızı  Dideroq Samur qızı Almuxanova bilək nahiyəsinin sınığı xəsarətləri alıblar.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi