Yuxarı

Qubada alma bağları və biçilmiş taxıl sahələri yanıb

Qubada alma bağları və biçilmiş taxıl sahələri yanıb

Quba rayonunda alma bağları və biçilmiş taxıl sahələri yanıb.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Alpan kəndində qeydə alınıb. 

Belə ki, ümumi sahəsi 50 hektara yaxın ərazi yanıb və onun 5 hektarı alma bağlarıdır.

Hadisə yerinə Qusar rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. 

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev də yanğın baş verən ərazidə olub, alovun söndürülməsi istiqamətində müvafiq göstərişlər verib. 

Yanğın söndürülüb, alovun meşə və kolluq ərazilərə keçməsinin qarşısı alınıb. 

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi