Qubada ağır yol qəzasında 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Qubada ağır yol qəzasında 3 nəfər xəsarət alıb - YENİLƏNİB Quba. 28 noyabr. REPORT.AZ/ Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.
Hadisə
10076
28 Noyabr , 2018 11:08
Qubada ağır yol qəzasında 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Quba. 28 noyabr. REPORT.AZ/ Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub. 

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə zamanı "Lada-Priora" markalı avtomobilin sürcüsü, rayonun Atuc kənd sakini, 1987-ci il təvəllüdlü Ramiz Əliyev və avtomobildə olan sərnişinlər, sürücünün həmyerliləri - 1960-cı il təvəllüdlü Səhər Hacıyeva, 1977-ci il təvəllüdlü Araz Əbdürrəhmanov baş, bel və ayaq nahiyələrinin çoxsaylı sınığı diaqnozu ilə Quba Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Hər 3 yaralının vəziyyəti ağır olaraq qalır. 

Faktla bağlı araşdırma aparılır.


***09:21

Quba. 28 noyabr. REPORT.AZ/ Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Quba-Qusar yolunun rayonun Qırmızı Qəsəbə ərazisindən keçən hissəsində "MAN" markalı yük avtomobili qarşıdan gələn "Lada-Priora" markalı minik avtomobilinin üstünə çıxıb.

Hadisə nəticəsində "Lada" markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər ağır dərəcəli bədən xəsarətləri alıblar. İlkin məlumata görə, biri qadın olmaqla 3 nəfər xəsarət alıb.

Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Yaralılar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətləri ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi