Qubada ağır yol qəzası olub, xəsarət alanlar var - VİDEO - YENİLƏNİB-2

Qubada ağır yol qəzası olub, xəsarət alanlar var - VİDEO - YENİLƏNİB-2 Yaralılar bir ailənin üzvləridir
Hadisə
22 Fevral , 2019 11:56
Qubada ağır yol qəzası olub, xəsarət alanlar var - VİDEO - YENİLƏNİB-2
0 : 00
0 : 00

Quba. 22 fevral. REPORT.AZ/ Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub. 

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Ələmmədoba kənd sakini Nemət İsayevin idarə etdiyi "VAZ-21012" markalı avtomobildə oloa sərnişinlər, bacı-qardaş Əfsanə və Rüstəm İsayevlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.  

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.


*** 11:23

Video əlavə olunub


*** 10:44

Quba. 22 fevral. REPORT.AZ/ Quba rayonunda  ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hacıqayıb kəndinin ərazisində baş verib.

Belə ki, rayonun Ərməkiqışlaq kənd sakini, Ceyhun Nadirovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə, rayonun Ələmmədoba kənd sakini Nemət İsayevin idarə etdiyi "VAZ-21012" markalı avtomobil toqquşub.

Nəticədə C.Nadirov hadisə zamanı özündən gedərək huşunu itirib. Digər avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər xəsarət alıblar. Yaralılar Quba Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, yaralılar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi