"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Dövlət ittihamçısı ciayət işində bəzi sənədlərlə tanış olmadığını deyərək, məhkəmədən vaxt istəyib.
Məhkəmənin hazırlıq iclası martın 15-də davam etdiriləcək.
Qeyd edək ki, cinayət hadisəsi ötən il Qubada baş verib. 2016-cı ilin iyun ayının 27-də Quba Rayon Polis Şöbəsinə şübhəli şəxs qismində gətirilmiş Amsar kənd sakini 1998-ci il təvəllüdlü İ.Aslanov izahatında cari il mart ayının 21-də qarət məqsədi ilə şəhər sakini, 84 yaşlı Gülpəri Musayevanın evinə girməsini və onu iplə boğaraq öldürməsini etiraf edib.
O həmçinin bildirib ki, öldürdüyü 84 yaşlı qadının evindən 103 manat pul aparıb. Hüquq-mühafizə orqanı əməkdaşlarının iştirakı ilə G.Musayevanın meyiti eksqumasiya edilib. Hadisəni törədən İ.Aslanov tutularaq istintaqa cəlb edilib.