​Qubada 5 otaqlı evdə yanğın baş verib

​Qubada 5 otaqlı evdə yanğın baş verib Hadisə rayonun Amsar kəndində qeydə alınıb
Hadisə
24 May , 2015 21:33
​Qubada 5 otaqlı evdə yanğın baş verib

Bakı. 24 may. REPORT.AZ/ Bu gün axşam saatlarında Quba rayonunun Amsar kəndində yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə nəticəsində birmərtəbəli 5 otaqlı evin andulin materialdan ibarət dam örtüyü, 4 otağın yanar konstruksiyaları və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi