Quba rayonunda 20 Yanvar faciəsinin 30-cu il dönümü qeyd olunub.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, səhər saatlarından başlayaraq Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat, hüquq-mühafizə orqanları əməkdaşları və sakinlər rayonun Şəhidlər xiyabanına gələrək şəhid məzarlarını ziyarət ediblər, məzarların üzərinə tər qərənfillər qoyulub, onların ruhuna dualar oxunub. İcra başçısı Z.Əliyev şəhid ailələri ilə görüşüb.
Quba rayonunda 20 Yanvar faciəsi zamanı şəhid olan rayonun Küçeyi kənd sakini Elçin Qeybullayevin və Quba rayon sakini Rahib Hüseynovun dəfn edildikləri qəbiristanlıqda məzarları ziyarət olunub.
Xatırladaq ki, ümumilikdə, Quba rayonundan 20 Yanvar faciəsi zamanı 4 nəfər şəhid olub, 3 nəfər yaralanıb.











