Qubada ev yanıb, xəsarət alan var - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB

Qubada ev yanıb, xəsarət alan var - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB Video əlavə olunub
Hadisə
2 İyun , 2019 19:07
Qubada ev yanıb, xəsarət alan var - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB
Foto: "Report"

Video əlavə olunub


***14:51

Qubada ikimərtəbəli ev yanıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Mirzəbaba Tahirov küçəsi 40 ünvanında qeydə alınıb.

Hadisə yerinə FHN nin Quba Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən maşını və Quba Mərkəzi Rayon Xəstəxanasının təcili tibbi yardım maşını cəlb edilib.

Niftulla Yaşar oğlu Əliyevə məxsus evin yanması nəticəsində ailə üzvlərindən biri - 33 yaşlı Əlibala Yaşar oğlu Əliyev yanıq xəsarətləri alıb. Ə.Əliyev Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun vəziyyəti ağır olduğundan Bakıdakı 5 saylı Yanıq Mərkəzinə göndərilib.

İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş vermiş qısaqapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi