Qubada 15 il əvvəl oğlunu öldürməkdə təqsirləndirilən şəxs Ali Məhkəməyə müraciət edib

Qubada 15 il əvvəl oğlunu öldürməkdə təqsirləndirilən şəxs Ali Məhkəməyə müraciət edib İşə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq
Hadisə
22 May , 2017 16:29
Qubada 15 il əvvəl oğlunu öldürməkdə təqsirləndirilən şəxs Ali Məhkəməyə müraciət edib
Report

Bakı. 22 may. REPORT.AZ/ Qubada 15 il əvvəl gəlini ilə birlikdə oğlunu öldürməkdə təqsirləndirilən Həsrət Əliyev barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.

"Report"un xəbərinə görə, Ali Məhkəmədə keçiriləcək iclas mayın 23-nə təyin edilib.

İşə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, qətl hadisəsi 2001-ci ildə Qubada baş verib. Quba rayon sakini, 1976-cı il təvəllüdlü Ərəbova Yeganə Mayıl qızı və qayınatası H.Əliyevlə birgə həyat yoldaşı Əliyev Elman Həsrət oğlunu qətlə yetiriblər. H.Əliyev gəlini ilə əlbir olaraq, oğlunu öldürdükdən sonra yaşadıqları evin həyətindəki ayaqyolu quyusuna atıb. Hadisədən 14 il sonra - 2015-ci ildə Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törədən şəxslər tutulub. Quba Rayon Məhkəməsinin qərarı ilə H.Əliyev və onun gəlini Yeganə Ərəbova barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Əliyev 14 il, Y.Ərəbova 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan H.Əliyev apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə onun apellyasiya şikayəti təmin olunmayıb.

Son xəbərlər

Orphus sistemi