Quba. 15 sentyabr. REPORT.AZ/ Qubada 13 yaşlı yeniyetməni avtomobil vurub.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Quba şəhəri 29-cu məhəllədə yaşayan 2005-ci il təvəllüdlü Hüseyn Cəbrayıl oğlu Nicatov şəhərin Həydər Əliyev prospektində yolu keçərkən avtomobil onu vurub.
Ağır xəsarət alan H.Nicatov Quba rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər qapalı kəllə-beyin travması alan yaralının vəziyyətini ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.