Yuxarı

​Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa edilib - FOTO

Yol-İstismar İdarəsinin texnikası yolu qardan təmizləyib

Bakı. 31 dekabr. REPORT.AZ/ Quba-Xınalıq avtomobil yolu qardan təmizlənib, avtomillərin hərəkəti bərpa edilib.

Bu barədə "Report"a Quba rayon 6 saylı Yol-İstismar İdarəsindən məlumat verilib.

Yol-İstismar İdarəsinin texnikası qarın yaratdığı fəsadları aradan qaldırıb.

Qeyd edək ki, dekabrın 30-dan 31-nə keçən gecə yağan güclü qar Quba-Xınalıq avtomobil yolunu bağlamışdır. Qubanın Bostankeş, Qalaxudat və Xınalıq kəndlərinin rayonla əlaqəsi kəsilmişdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi