Quba-Xınalıq-İspik avtomobil yoluna qaya parçası düşüb - FOTO

Quba-Xınalıq-İspik avtomobil yoluna qaya parçası düşüb - FOTO Quba 6 saylı Yol İstismar İdarəsinin (Yİİ) texnikası əraziyə cəlb olunsa da, qaya parçasını yoldan çıxara bilməyiblər
Hadisə
31 Mart , 2016 19:47
Quba-Xınalıq-İspik avtomobil yoluna qaya parçası düşüb - FOTO

Bakı. 31 mart. REPORT.AZ/ Quba-Xınalıq-İspik avtomobil yolu təhlükə altına düşüb. "Report"un məlumatına görə, Quba-Xınalıq İspik yolunun 30-cu km-liyində qaya parçası dağ massivindən qoparaq yolu bağlayıb. 

Quba 6 saylı Yol İstismar İdarəsinin (Yİİ) texnikası əraziyə cəlb olunsa da, qaya parçasını yoldan çıxara bilməyiblər. Həddən artıq ağır olduğundan qaya parçasının yan tərəfləri çətinliklə də olsa qoparılıb və nəqliyyat üçün alternativ yol çəkilib. 

Quba 6 aylı Yol İstismar İdarəsinin Quba-Xınalıq üzrə sahə rəisi Bilal Sultanovun sözlərinə görə, qaya parçasını yoldan çıxarmaq mümkünsüzdür: "Çünki yolun sol tərəfindən qaz xətti keçdiyi üçün işi yarımçıq qoymağa məcbur qalıblar. Ümumiyyətlə, dəfələrlə bu yoldan istifadə edən sürücülərin üzərinə qaya parçaları düşüb. Mümkün qədər bu yoldan istifadə edən sürücülər ehtiyatlı və diqqətli olsunlar. İmkan qədər bu yollardan istifadə etməsinlər".

Xatırladaq ki, bu yöl üzərindən Xınalıq, Bostankeş, Qalaxudat, Əlik, Cek, Haput, Qrızdəhnə, Qrız, Buduq və Zeyid kəndləri istifadə edir. 

Son xəbərlər

Orphus sistemi