Yuxarı

Xaçmaz-Quba yolunda yol qəzası baş verib, 3 nəfər ağır yaralanıb

Faktla bağlı araşdırmalar aparılır

Bakı. 24 dekabr. REPORT.AZ/ Xaçmaz-Quba yolunun 6-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, "Mitsubishi" markalı avtomobil "Mercedes" markalı maşınla toqquşub.

Hadisə Yelgüc kəndi ərazisində qeydə alınıb. Qəzaya səbəb yüksək sürət olub. Belə ki, "Mitsubishi" markalı avtomobilin sürücüsü, 1968-cı il təvəllüdlü Səməd Qasımov və yanındakı sərnişin, 1960-cı il təvəllüdlü Zöhrə Qasımova ağır vəziyyətdə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Hazırda yaralılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Digər avtomobilin sürücüsü, Quba rayon sakini Teymur Həsənov da adıçəkilən xəstəxanaya aparılıb. 

Faktla bağlı araşdırmalar aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi