Quba şəhəri ilə dağlıq kəndlərinin əlaqəsi kəsilib - FOTO

Quba şəhəri ilə dağlıq kəndlərinin əlaqəsi kəsilib - FOTO Kəndlərə yol təmizləyən texnika göndərilib
Hadisə
2 Yanvar , 2016 22:05
Quba şəhəri ilə dağlıq kəndlərinin əlaqəsi kəsilib - FOTO

Bakı. 2 yanvar. REPORT.AZ/ Axşam saatlarında yağan güclü qar Qubanın dağlıq kəndləri ilə rayon merkezinin əlaqəsini kəsilib.

Quba-Qonaqkənd, Quba-Tüləkəran-Buduq-Zeyid, Quba-Susay istiqaməti və Quba-İspik-Xınalıq istiqamətindəki yollar tam baqlanıb. Ümumilikdə 30-dan çox dağ kəndi ilə nəqliyyat əlaqəsi kəsilib. Bəzi dağ kəndlərində elektrik enerjinin verilişində problemlər yaranıb.

Quba Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov "Report"-a bildirib ki, adları çəkilən kəndlərə yol təmizləyən texnika göndərilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba Regional Hidrometrologiya müəssəsindən "Report"-a bildirilib ki, ən çox qar Xaltan kəndinə yağıb (70 sm). 

Son xəbərlər

Orphus sistemi