Quba sakininin bank hesabından 790 manat oğurlanıb

Quba sakininin bank hesabından 790 manat oğurlanıb Qusar. 20 noyabr. REPORT.AZ/ Vətəndaşın bank hesabından oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə
20 Noyabr , 2018 12:01
Quba sakininin bank hesabından 790 manat oğurlanıb
0 : 00
0 : 00

Qusar. 20 noyabr. REPORT.AZ/ Vətəndaşın bank hesabından oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN mətbuat xidmətinin Şimal regional qrupundan “Report”un yerli bürosuna verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini A.Həsənov bankomat kartının oğurlandığını və hesabındakı 790 manatın çıxarıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Piral kənd sakini Nəbi Butayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi