Quba sakinini öldürən gəlin və atanın məhkəməsi təxirə salınıb

Quba sakinini öldürən gəlin və atanın məhkəməsi təxirə salınıb Məhkəmənin hazırlıq iclası yanvarın 25-nə təyin edilib
Hadisə
22 Yanvar , 2016 12:09
Quba sakinini öldürən gəlin və atanın məhkəməsi təxirə salınıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Quba rayon sakinləri Ərəbova Yeganə Mayıl qızı və onun qayınatası Həsrət Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. "Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən qapalı iclas təxirə salınıb.

Məhkəmə iclasının təxirə salınmasına təqsirləndirilən şəxslərdən H.Əliyevin prosesdə iştirak etməməsi olub.

Məhkəmənin hazırlıq iclası yanvarın 25-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi 2001-ci ildə Qubada baş verib. Quba rayon sakini, 1976-cı il təvəllüdlü Ərəbova Yeganə Mayıl qızı və qayınatası Həsrət Əliyevlə birgə həyat yoldaşı Əliyev Elman Həsrət oğlunu qətlə yetiriblər. H.Əliyev gəlini ilə əlbir olaraq, oğlunu öldürdükdən sonra yaşadıqları evin həyətindəki ayaqyolu quyusuna atıb. Hadisədən 14 il sonra - 2015-ci ildə Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törədən şəxslər tutulub. Quba Rayon Məhkəməsinin qərarı ilə H.Əliyev və onun gəlini Yeganə Ərəbova barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi