Quba sakinindən qanunsuz ov tüfəngi götürülüb

Quba sakinindən qanunsuz ov tüfəngi götürülüb Quba sakinindən qanunsuz ov tüfəngi götürülüb.
Hadisə
9 Yanvar , 2020 09:23
Quba sakinindən qanunsuz ov tüfəngi götürülüb

Quba sakinindən qanunsuz ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) Qonaqkənd Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

PB-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Qonaqkənd qəsəbə sakini Aydın Nəsirova məxsus fərdi yaşayış evinin həyətində yerləşən tövlənin damından bir ədəd müvafiq sənədləri olmayan “İj-16” markalı ov tüfəngi və 12 ədəd patron aşkar edilərək götürüblər.

Faktla bağlı araşdırma aparılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Son xəbərlər

Orphus sistemi