Quba sakini mal-qara otaran zaman bədbəxt hadisə ilə üzləşib

Quba sakini mal-qara otaran zaman bədbəxt hadisə ilə üzləşib O, Bakıdakı xəstəxanaya yerləşdirilib
Hadisə
19 Yanvar , 2015 13:40
Quba sakini mal-qara otaran zaman bədbəxt hadisə ilə üzləşib

Bakı. 19 yanvar. REPORT.AZ/ Quba rayon sakini mal-qara otaran zaman bədbəxt hadisə ilə üzləşib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, rayon sakini Fazil Abdullayev Xızı rayonunun Sitalçay kəndində mal-qara otararkən tapdığı partlayıcı ilə ehtiyatsız davrandığından partlayış baş verib. F.Abdullayev xəstəxanaya yerləşdirilib. Daha sonra isə yaralının vəziyyəti pisləşdiyindən o, Bakıya - 1 Saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi