Quba sakini həmyerlisini borca görə bıçaqlayıb

Quba sakini həmyerlisini borca görə bıçaqlayıb Faktla bağlı araşdırma aparılır
Hadisə
16 oktyabr 2016 19:46
Quba sakini həmyerlisini borca görə bıçaqlayıb

Quba. 16 oktyabr. REPORT.AZ/ Quba rayonunda bıçaqlanma hadisəsi baş verib. "Report"un Şimal bürosunun məlumatına görə, rayonun Qam-qam kənd sakini 1975-ci il təvəllüdlü  Asəf Məhbud oğlu Ocaqov, rayonun Cimi kənd sakini 1979-cu il təvəllüdlü Oktay Zərifşah oğlu İsrafilovu bıçaqlayıb. Nəticədə  ağır bədən xəsarətləri alan O.İsrafilov Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 

Xəstəxanadan verilən məlumata görə, yaralı əməliyyat olunub: "Oktay İsrafilov döş qəfəsinin deşilmiş yarası, sol bazunun kəsilmiş-deşilmiş yarası, qarın nahiyələrinin kəsilmiş-deşilmiş yırtığları, döş qəfəsinin ön səthinin və qarının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya gətirilib. Əməliyyat olunan yaralının vəziyyəti ağırdır".

Quba Rayon Polis şöbəsindən bildirilib ki, O.İsrafilovu bıçaqlayan Asəf Ocaqov polis tərəfindən saxlanılıb: "Hadisənin tanışlar arasında yaranan borca görə baş verdiyi ehtimal edilir. Daha dəqiq təfərrüatlar isə aparılan araşdırmalardan sonra bəlli olacaq". 

Son xəbərlər

Orphus sistemi