Quba rayonunda su daşıyan avtomobil qəza törədib - FOTO

Quba rayonunda su daşıyan avtomobil qəza törədib - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
23 Sentyabr , 2016 13:30
Quba rayonunda su daşıyan avtomobil qəza törədib - FOTO

Bakı. 23 sentyabr. REPORT.AZ/ Quba rayonunda su daşıyan avtomobil qəza törədib. 

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba şəhərinin Heydər Əliyev prospektində baş verib.

Belə ki, sürücü Orxan Seyidovun idarə etdiyi 40-BX-553 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirib, elektrik dirəyinə çırpılıb. Nəticədə elektrik dirəyi zədələnib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi