Bakı. 2 May. REPORT.AZ/ Axşam saatlarında Quba rayonunda yanğın baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində yerli vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan birmərtəbəli 1 otaq evin yanar konstruksiyaları və evə bitişik ümumi sahəsi 65 kv.m talvarın yanar konstruksiyaları yanıb.
Evə bitişik digər ev yanğından mühafizə olunub. Yanğın saat 22:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.