Quba rayonunda azyaşlını avtobus vurub

Quba rayonunda azyaşlını avtobus vurub Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır
Hadisə
11 Yanvar , 2017 19:05
Quba rayonunda azyaşlını avtobus vurub

Bakı. 11 yanvar. REPORT.AZ/ Quba rayonunda azyaşlını avtobus vurub. 

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Timiryazev qəsəbəsində baş verib. 

Qəsəbə ərazisində yolu keçmək istəyən 2009-cü il təvəllüdlü Yusifov Aydın Ramin oğlunu marşrut avtobusu vuraraq xəsarət yetirib. O, xəstəxanaya çatdırılıb. 

Həkimlər A.Yusifova qapalı kəllə beyin travması, sağ qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sol diz oynağının oynaqdaxili sınığı diaqnozu qoyublar. 

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi