Yuxarı

Quba Rayon Polis Şöbəsi: Hacıhüseynli kəndi polis nəzarətinə götürülüb

Arzu Rzayev: Kənddə manyak peyda olub

Bakı. 8 oktyabr. REPORT.AZ/ "Quba rayonunun Hacıhüseynli kəndində manyak peyda olub. Hazırda kənd polis tərəfindən nəzarətə götürülüb". Bunu "Report"a açıqlamasında Quba Rayon Polis Şöbəsi (RPŞ) rəisinin birinci müavini Arzu Rzayev bildirib. 

Onun sözlərinə görə, hər gecə kənd sakinləri qorxuya düşür: "Belə ki, hava qaralanda hamı evə çəkilən kimi kimsə evləri daşlayır. Ev sahibi bayıra çıxır, ancaq heç nə ilə rastlaşmır. Bir kənd sakininin evindən qadınlara məxsus alt paltarları oğurlanıb. Bundan ertəsi gün xəbər tutan ev sahibi isə utandığından heç kimə bir şey deməyib. Digər bir qonşu hamamda çimərkən kiminsə hamamın pəncərəsindən onu güddüyünü hiss edib. Bundan sonra dəhral bayıra çıxıb və kiminsə sürətlə qaçaraq uzaqlaşdığını görüb. Beləliklə, sakinlər üç gündür bu manyakı tapa bilmirlər". 

A.Rzayev deyib ki, ötən gün kənd sakinləri bununla bağlı Quba Rayon Polis şöbəsinə xəbər veriblər: "Polis də manyakı tutmaq məqsədilə bir gecə kənddə keşik çəksə də, ancaq buna nail olmur. Həmin hadisələr isə yenə təkrarlanır. Ona görə də hazırda kənd nəzarətə götürülüb". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi