Yuxarı

Quba Rayon İcra Hakimiyyətinin şöbə müdirini bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxunub

Quba Rayon İcra Hakimiyyətinin şöbə müdirini bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Quba Rayon İcra Hakimiyyətinin şöbə müdiri Nizaməddin Əmrullayevi bıçaqlamaqda təqdirləndirilən Şakir Mədətovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqdirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ş.Mədətov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Quba rayonun İkinci Nügədi kəndində baş verib. Həmin kənd sakini, icra hakimiyyətinin şöbə müdiri N.Əmrullayevlə Ş.Mədətov arasında mübahisə torpaq üstündə olub. Nəticədə Ş.Mədətov N.Əmrullayevi bıçaqlayıb.

Ş.Mədətov Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi