Quba polisi gücləndirilmiş iş rejiminə keçib

Quba polisi gücləndirilmiş iş rejiminə keçib Quba polisi gücləndirilmiş iş rejiminə keçib.
Hadisə
17 Yanvar , 2020 15:26
Quba polisi gücləndirilmiş iş rejiminə keçib

Quba polisi gücləndirilmiş iş rejiminə keçib.

"Report"un məlumatına görə, turistlərin sayının artması, eləcə də rayon ərazisində hərəkətin intensiv olması ilə əlaqədar Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən ərazidə təhlükəsizliyin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində zəruri bütün qabaqlayıcı tədbirlər həyata keçirilir.

Belə ki, Quba RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin (DYP) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən rayon ərazisində və istirahət zonalarında yol-nəqliyyat hadisələrinin qarşısının alınması və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür. 

İnspektorlar tərəfindən nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktik söhbətlər aparılır, müvafiq sənədlər yoxlanılır. Bundan əlavə, YPX-nin əməkdaşları qonaqların istirahət edəcəkləri ərazi üzrə yollarda olan vəziyyət haqqında onlara məlumat verirlər.

Quba RPŞ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları da rayon ərazisində gücləndirilmiş iş rejimində çalışırlar. Onlar təhkim olunmuş xidməti avtomobillərlə avtopatrul xidmətini yerinə yetirərək yollarda qalmış və köməyə ehtiyacı olan vətəndaşlara bütün köməklikləri göstərirlər.

Son xəbərlər

Orphus sistemi