​Bakıda qonşusunun evindən oğurluq edən qadının məhkəməsi keçirilib

​Bakıda qonşusunun evindən oğurluq edən qadının məhkəməsi keçirilib Prosesdə şahid dindirilib
Hadisə
17 Sentyabr , 2015 13:37
​Bakıda qonşusunun evindən oğurluq edən qadının məhkəməsi keçirilib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Tatyana Quliyevanın mənzilindən pul oğurlamaqda təqsirləndirilən Svetlana Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid Mehman Nuriyev dindirilib.

Məhkəmənin növbəti iclası oktyabrın 1-nə təyin edilib.

Xatırladaq ki, hadisə ötən il baş verib. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda bildirilib ki, DİN Baş Cinayət-Axtarış İdarəsi və Baş İstintaq və Təhqiqat İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü il iyunun 25-də Tatyana Quliyevanın mənzilindən 5 000 manat pul oğurlamış Bakı şəhər sakini Svetlana Quliyeva tutulub.

S.Quliyeva Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi