Qonşusunu valideynlərinin gözləri qarşısında öldürən şəxsin məhkəməsi başlayıb

Qonşusunu valideynlərinin gözləri qarşısında öldürən şəxsin məhkəməsi başlayıb Lənkəran Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməktə təqsirləndirilən Famil Baloğlanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Hadisə
22 Noyabr , 2021 15:47
Qonşusunu valideynlərinin gözləri qarşısında öldürən şəxsin məhkəməsi başlayıb

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməktə təqsirləndirilən Famil Baloğlanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 26-na təyin edilib.

Qeyd edək ki, hadisə bu il iyulun 22-də Neftçala rayonu ərazisində qeydə alınıb.

Belə ki, Bankə qəsəbə sakini F.Baloğlanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qonşusu, 1989-cu il təvəllüdlü Mirağa Musayevə bıçaqla xəsarətlər yetirərək onu valideynlərinin gözləri qarşısında qəsdən öldürüb.

Daha sonra o, polis əməkdaşları tərəfindən saxlanılıb.

F.Baloğlanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi