​Qonşusunu söyüşə görə öldürmək istəyən şəxsin məhkəməsi başlayıb

​Qonşusunu söyüşə görə öldürmək istəyən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası aprelin 25-nə təyin edilib
Hadisə
18 Aprel , 2016 11:29
​Qonşusunu söyüşə görə öldürmək istəyən şəxsin məhkəməsi başlayıb

Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu söyüş üstündə öldürməyə cəhd edən İsbat Hümbətovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 25-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2015-ci il Qobustan rayonunda baş verib. Rayon sakini İ.Hümbətov qonşusu Nicat Cəbrayılovu bıçaqlayıb. O, kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş İ.Hümbətov tutulub. Araşdırmalar zamanı məlum olub ki, qonşular arasında mübahisə olub və N.Cəbrayılov İ.Hümbətovu söyüb. Bu zaman əsəblərini cilovlaya bilməyən İ.Hümbətov bıçağa əl atıb. 

O, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürmə cəhd, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddəsi ilə ittiham edilib.

Son xəbərlər

Orphus sistemi