Qonşusunu polisə düzəltmək adı ilə dələduzluq edən şəxs apellyasiya şikayəti verib

Qonşusunu polisə düzəltmək adı ilə dələduzluq edən şəxs apellyasiya şikayəti verib İşə hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq
Hadisə
9 noyabr 2017 08:33
Qonşusunu polisə düzəltmək adı ilə dələduzluq edən şəxs apellyasiya şikayəti verib

Bakı. 9 noyabr. REPORT.AZ/ Dələduzluqda təqsirləndirilən Şəhriyar Şükürov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas noyabrın 10-na təyin edilib.

İşə hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Ş.Şükürov Bakıda qonşusuna qarşı külli miqdarda dələduzluq etməkdə təqsirli bilinib. O, qonşusunu polisə düzəltmək vədi verib. Lakin sonradan Ş.Şükürov vədinə əməl etməyib və zərərçəkmişin şikayəti əsasında saxlanılıb. Daha sonra onun barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Ş.Şükürov Cinayət Məcəlləsinin (CM) 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Şükürovun barəsində CM-nin 62-ci (cəzadan daha yüngül cəza təyin etmə) maddəsi tətbiq edilib və o, 4 il müddətinə azadlıqdan məhrum olunub. Ş.Şükürov məhkəmə zalında həbs edilib.

Son xəbərlər

Orphus sistemi