Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs Ali Məhkəməyə müraciət edib

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs Ali Məhkəməyə müraciət edib Vəkil prosesin məhkəmə istintaqı ilə aparılmasını tələb edib
Hadisə
26 Avqust , 2016 09:51
Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs Ali Məhkəməyə müraciət edib

Bakı. 26 avqust. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qonşusunu öldürməkdə təqsirləndirilən Vüqar Fəttayev barəsində olan hökmdən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin müdafiəçsi vəsatətlə çıxış edib.

Vəkil prosesin məhkəmə istintaqı ilə aparılmasını tələb edib. Vəsatət təmin edilməyib. Həmin qərardan narazı qalan müdafiəçi kassasiya şikayəti verib. Bu səbəbdən proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb. İşə Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, hadisə ötən ilin avqust ayında Badamdar yolu, ev 105 ünvanında baş verib.1990-cı il təvəllüdlü Vüqar Tofiq oğlu Fəttayev aralarında yaranan münaqişə zəminində qonşusu Valeh Şiraz oğlu Həsənova 17 bıçaq xəsarəti yetirib. V.Həsənov aldığı xəsarətlərdən Klinik Tibbi Mərkəzdə ölüb. Hadisəni törədən V.Fəttayev tutularaq istintaqa cəlb edilib.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bu il may ayının 24-də Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə F.Fəttayev 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti və prokuror apellyasiya protesti verib.

Son xəbərlər

Orphus sistemi