Qonşusunu öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Qonşusunu öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1998-ci il təvəllüdlü Emil Heydərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Hadisə
23 Mart , 2019 15:47
Qonşusunu öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb
Report

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1998-ci il təvəllüdlü Emil Heydərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 2-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin dekabr ayının 18-də Sabunçu rayonunda baş verib. Emil Heydərov Sabunçu qəsəbə sakini Nicat Həziyevi qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Heydərov 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi