Yuxarı

Qonşusunu öldürən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

Bakı. 24 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüqar Fəttayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Fəttayev 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin avqust ayında Badamdar yolu, ev 105 ünvanında baş verib. 1990-cı il təvəllüdlü V.Fəttayev aralarında yaranan münaqişə zəminində qonşusu Valeh Həsənovu bıçaqla qətlə yetirib. Xəstəxanaya aparılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi