Qonşusunu öldürən Binəqədi sakininin şikayəti təmin edilməyib

Qonşusunu öldürən Binəqədi sakininin şikayəti təmin edilməyib Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirli bilinən İbrahim Mürsəlovun apellyasiya şikayəti üzrə baxış iclası keçirilib.
Hadisə
22 Noyabr , 2019 17:25
Qonşusunu öldürən Binəqədi sakininin şikayəti təmin edilməyib
Report

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirli bilinən İbrahim Mürsəlovun apellyasiya şikayəti üzrə baxış iclası keçirilib.

"Report" xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclasda qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə bu ilin yanvar ayında Binəqədi rayonunda baş verib. 1955-ci il təvəllüdlü Mürsəlov İbrahim Mirrəhim oğlu qonşusu, Rəcəbov Vidadi Məmmədrza oğlunu bıçaqlayaraq qətlə yetirib. 

Hadisəni törədən İ.Mürsəlov 9 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə təqsirli bilinib.

Son xəbərlər

Orphus sistemi