Bakı. 17 noyabr. REPORT.AZ/ Bakıda qonşusunu bıçaqlamaqda təqsirləndirilən Əzizağa Bünyatovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un məlumatına görə, Ə.Bünyatovun barəsində olan cinayət işinin materialları baxılması üçün Bakı
İş məhkəmənin hakimi Mirzə Xankişiyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə bəlli olacaq.
Qeyd edək ki, hadisə bu il Sulutəpə qəsəbəsi, Çiçək küçəsində baş verib. 1960-cı il təvəllüdlü Bünyatov Əzizağa Əlimürsəl oğlu mübahisə zəminində qonşusu, 1974-cü il təvəllüdlü Nəsirov Xaliq Cəlil oğluna bir neçə bıçaq xəsarəti yetirib. Yaralı təcili olaraq Kliniki Tibbi Mərkəzə aparılıb, onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən şəxs isə 40-cı polis bölməsi əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaq orqanına təhvil verilib. Saxlanılan şəxs ilkin ifadəsində bildirib ki, özündən bir neçə yaş kiçik olan qonşusu onu təhqir edib. Onun da qonşusuna fiziki gücü çatmadığından məsələni bıçaqla həll etmək qərarına gəlib.
Faktla əlaqədar Binəqədi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb və Ə.Bünyatov barəsində rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Səlcuq Elçin