Qonşusunu bıçaqlayan 20 yaşlı şəxs məhkəmə zalında həbs olunub

Qonşusunu bıçaqlayan 20 yaşlı şəxs məhkəmə zalında həbs olunub O, 3 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
2 May , 2017 12:47
Qonşusunu bıçaqlayan 20 yaşlı şəxs məhkəmə zalında həbs olunub

Bakı. 2 may. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusu bıçaqlamaqda təqsirləndirilən 20 yaşlı Münsif Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Qasımov 3 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, ittihama görə, M.Qasımov Bakıda qonşusu 35 yaşlı Rəşad Qasımovu söyüş üstündə bıçaqlayıb. Xəstəxanaya çatdırılan R.Qasımovun həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşları tərəfindən saxlanılan M.Qasımovun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Son xəbərlər

Orphus sistemi