Yuxarı

Qonşusunu bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxunub

Vüsal Rəsulov 5 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 18 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirləndirilən Vüsal Rəsulovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Rəsulov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, V.Rəsulov qonşusu Şakir Adnayevi bıçaqlayıb. Məhkəmə prosesində zərərçəkmiş qonşusundan şikayətçi olmadığını bildirib.

V.Rəsulov Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi