Yuxarı

Qonşusuna və özünə xəsarət yetirən şəxsin apellyasiya şikayətinə baxılır

​Qonşusuna və özünə xəsarət yetirən şəxsin apellyasiya şikayəti

Bakı Apellyasiya Məhkəməsində adam bıçaqlamaqda və narkotikdən istifadə etməkdə təqsirli bilinən Orxan Eyvazovun şikayəti üzrə ilkin baxış iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib. Baxış iclası dekabrın 3-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Eyvazov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdə onun barəsində narkomaniyadan məcburi müalicəyə göndərilməsi ilə bağlı da qərar çıxarılıb.

İttihama görə, Orxan Eyvazov qonşusu Şahin Quliyevlə mübahisə zəminində onu bıçaqlayıb. Mübahisə məhəllədə söyüş söyülməsinə görə yaranıb.

Orxan Eyvazovun həbs zamanı narkotik vasitədən istifadə etdiyi də məlum olub.

Orxan Eyvazov polis əməkdaşları tərəfindən saxlanılan zaman bıçaqla öz qarın boşluğuna xəsarətlər yetirib. Onun daha əvvəl ciddi psixi problemləri olduğu və uzun müddət müalicə aldığı məlum olub.

O.Eyvazova Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) və 234.1-ci (narkotik vasitələrdən istifadə) maddələri ilə ittiham verilib.

Məhkəmə istintaqı dövründə Şahin Quliyev onu bıçaqlayan qonşusunu bağışlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi