Qonşu ölkədə yük qatarlarından oğurluq edən azərbaycanlı tutulub

Qonşu ölkədə yük qatarlarından oğurluq edən azərbaycanlı tutulub O, ümumilikdə 9 min dollara yaxın mal oğurlayıb
Hadisə
24 Mart , 2018 07:10
Qonşu ölkədə yük qatarlarından oğurluq edən azərbaycanlı tutulub

Bakı. 24 mart. REPORT.AZ/ Rusiyanın İrkutsk vilayətində yolda və dalanda dayanan dəmir yolu qatarlarının vaqonlarından oğurluq edən Azərbaycan vətəndaşı saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Nəqliyyatda Şərqi Sibir Xətt İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Azərbaycan vətəndaşı uzun illər İrkutsk vilayətinə pul qazanmaq üçün gəlib, lakin qastarbayter bu mövsüm iş tapa bilməyib və özünə asan qazanc yolu seçib. O, dalanlarda dayanmış yük vaqonlarını qarət etməyə başlayıb. Miqrant dəmirkəsən qayçı ilə konteynerlərin qapılarını açaraq oradan malları götürürmüş. O, vaqonlardan ümumi dəyəri təqribən 8 min 824 dollar olan (500 min rubl) yem qatışığından tutmuş tikinti alətlərinə qədər mal aparıb.

Hazırda Azərbaycan vətəndaşı barəsində cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi