Qohumunu öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Qohumunu öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Bakı. 2 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda qohumunu öldürməyə cəhddə təqsirləndirilən Aqil Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
2 Avqust , 2018 12:51
Qohumunu öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
0 : 00
0 : 00

Bakı. 2 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda qohumunu öldürməyə cəhddə təqsirləndirilən Aqil Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxışı iclası avqustun 7-nə təyin edilib.

Qeyd edək ki, cinayət hadisəsi bu il aprelin 2-də Sumqayıt şəhərinin 21-ci məhəlləsində baş verib. Həmin ünvanda 1998-ci il təvəllüdlü Abdullayev Süleyman Müseyib oğlu bıçaqlanıb.

Ürək və bədəninin digər nahiyələrindən bir neçə bıçaq zərbəsi alan 20 yaşlı gənc dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) çatdırılıb. O, vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Araşdırma zamanı hadisəni törədən 1975-ci il təvəllüdlü Abdullayev Aqil Rauf oğlunun olduğu müəyyən edilib.

O, bıçaqlanan şəxsin qaynının əmisi oğludur. Onun hadisəni namus üstündə törətdiyi bildirilib. Daha sonra saxlanılan A.Abdullayev barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ittiham irəli sürülüb

Son xəbərlər

Orphus sistemi