Qohumunu öldürməyə cəhd edən şəxsin cinayət işi məhkəməyə göndərilib

Qohumunu öldürməyə cəhd edən şəxsin cinayət işi məhkəməyə göndərilib Sabirabadda qohumunu öldürməyə cəhd edən şəxsin cinayət işi məhkəməyə göndərilib.
Hadisə
25 Oktyabr , 2021 14:53
Qohumunu öldürməyə cəhd edən şəxsin cinayət işi məhkəməyə göndərilib

Sabirabadda qohumunu öldürməyə cəhd edən şəxsin cinayət işi məhkəməyə göndərilib.

Sabirabad rayon prokurorluğundan "Report"a verilən məlumata görə, 2021-ci il iyunun 21-də Sabirabad rayonu ərazisində Mirqiyas Mirmövsümovun qəsdən öldürməyə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla zərərçəkmişin qohumu Fuad Zaidovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Mirqiyas Mirmövsümova odlu silahdan atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Fuad Zaidova Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi