Dəşkəsəndə qohumunu öldürən şəxsin ibtidai istintaqı başa çatıb

Dəşkəsəndə qohumunu öldürən şəxsin ibtidai istintaqı başa çatıb Bakı. 3 yanvar. REPORT.AZ/ Dəşkəsən rayonunda xalası ərini qətlə yetirməkdə təqisrləndirilən Fikrət İsmayılovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Hadisə
3 Yanvar , 2019 09:10
Dəşkəsəndə qohumunu öldürən şəxsin ibtidai istintaqı başa çatıb

Bakı. 3 yanvar. REPORT.AZ/ Dəşkəsən rayonunda xalası ərini qətlə yetirməkdə təqisrləndirilən Fikrət İsmayılovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yanvarın 10-na təyin edilib.

Qeyd edək ki, hadisə 2018-ci il sentyabrın 18-də Daşkəsən rayonunun Əhmədli kəndində baş verib.

Belə ki, rayon sakini F.İsmayılov evində münaqişə zəminində həmkəndlisi, əvvəllər məhkum olunmuş, xalasının əri Natiq Quliyevi bıçaqla qətlə yetirərək hadisə yerindən qaçıb. Daha sonra F.İsmayılov rayonun ətrafındakı meşə ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

İlkin məlumata görə, iki qohum yeyib-içdikdən sonra aralarında mübahisə yaranıb. Bu zaman F.İsmayılov bıçaqla N.Quluyevin boynunun şah damarını kəsərək onu öldürüb.

Son xəbərlər

Orphus sistemi