​Qohumunu bıçaqlayan şəxsin cəzası azaldılıb

​Qohumunu bıçaqlayan şəxsin cəzası azaldılıb Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib
Hadisə
3 İyun , 2016 09:46
​Qohumunu bıçaqlayan şəxsin cəzası azaldılıb

Bakı. 3 iyun. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Qasım Əsədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Q.Əsədovun apellyasiya şikayəti qismən təmin edilib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, Cinayət Məcəlləsinin (CM) 126.2.2-ci (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə) maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) maddəsinə tövsif olunub. Q.Əsədovun 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 il azaldılaraq, 5 ilə endirilib.

Qeyd edək ki, hadisə 2015-ci ildə baş verib. Q.Əsədov qohumu Əli Şıxəliyevi bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Q.Əsədov polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin istintaq zamanı məlum olub ki, Q.Əsədov içkili vəziyyətdə qohumuna bıçaq zərbəsi endirib. Ə.Şıxəliyev məhkəməyə ifadə verərkən şikayətçi olmadığını bildirib.

Q.Əsədov Cinayət Məcəlləsinin 126.2.2-ci (qəsdən sağlamlığa ağır zərərvurma, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə) və 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddələri ilə ittiham olunub.

Bu il may ayının 18-də Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə Q.Əsədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. O, şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Son xəbərlər

Orphus sistemi