Qohumunu bıçaqlayan şəxsə şərti cəza verilib

Qohumunu bıçaqlayan şəxsə şərti cəza verilib Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Əflatun Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
17 Aprel , 2019 12:08
Qohumunu bıçaqlayan şəxsə şərti cəza verilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Əflatun Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə barəsində polisin nəzarəti qətimkan tədbiri seçilmiş Ə.Əliyevə şərti cəza verilib.

Xatırladaq ki, prokuror çıxışında onun 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən il Bakı şəhərində baş verib. Ə.Əliyev həm qohumu, həm də qonşusu olan Cavid Cavadovu bıçaqlayıb.

Son xəbərlər

Orphus sistemi