Bakı. 15 yanvar. REPORT.AZ/ Abşeron rayonunda valideynləri ilə qonaq gedən 3 yaşlı qızcığaz faciə ilə üzləşib. "Report"un xəbərinə görə, uşağın əli ətçəkən maşının içində qalıb.
Hadisə Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində yerləşən təzə tikilidə qeydə alınıb. Valideynlərindən xəbərsiz elektrikli ətçəkən maşını işə salan 3 yaşlı Məmmədli Ballı İsmayıl qızının sağ əli maşının içində qalıb. Uşağın əlini ətçəkən maşından ayıra bilməyən qohumları onu Elmi-Tədqiqat Travmatologiya İnstitutuna çatdırıblar. Həkimlərin müdaxiləsi nəticəsində körpənin əli ət maşınından çıxarılıb. Balaca qız müalicə üçün reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, hazırda yaralının vəziyyəti kafi olaraq qalır.
Qeyd edək ki, hadisə baş verən zaman 3 yaşlı Ballı Məmmədlinin valideynləri həmin evdə olmayıb. Belə ki, valideynləri onu qohumlarına tapşıraraq başqa yerə gedib.