“Qoca”nı evində gizlədən şəxs də öldürülüb - TƏFƏRRÜAT

“Qoca”nı evində gizlədən şəxs də öldürülüb - TƏFƏRRÜAT “Qoca” ləqəbli Etibar Məmmədovun Güzdək qəsəbəsində gizləndiyi məlum olub
Hadisə
2 Noyabr , 2017 10:14
“Qoca”nı evində gizlədən şəxs də öldürülüb - TƏFƏRRÜAT

Bakı. 2 noyabr. REPORT.AZ/ Bakının Qaradağ rayonunda “Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində keçirilən əməliyyatın yeni təfərrüatı məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, əməliyyat zamanı E.Məmmədovla birgə silahlı müqavimət göstərən daha bir nəfər məhv edilib.

Məlumata görə, E.Məmmədov Abşeron rayonunun Güzdək qəsəbəsində İlqar Əzimov adlı şəxsin evində gizlənib.

“Qoca” ləqəbli avtoritet yük avtomobili ilə Hacıqabul istiqamətinə qaçırılarkən Qaradağ rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat keçirib. Əməliyyat zamanı E.Məmmədovla yanaşı, İlqar Əzimov zərərsizləşdirilib.

Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Bunlar 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğlu və 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur.

Son xəbərlər

Orphus sistemi