“Qoca” ilə qaçarkən yaralanan şəxslərdən biri Pentensiar Xidmətin müəssisəsinə aparılıb - YENİLƏNİB - FOTO

“Qoca” ilə qaçarkən yaralanan şəxslərdən biri Pentensiar Xidmətin müəssisəsinə aparılıb - YENİLƏNİB - FOTO Güllə onun bazu oynağından girib sümüyünü bir neçə yerdən sındırıb
Hadisə
444
2 Noyabr , 2017 11:27
“Qoca” ilə qaçarkən yaralanan şəxslərdən biri Pentensiar Xidmətin müəssisəsinə aparılıb - YENİLƏNİB - FOTO
Report/ Elshan Baba

Fotolar əlavə olunub


*** saat 10:37

Bakı. 2 noyabr. REPORT.AZ/ Bakının Qaradağ rayonunda “Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində keçirilən əməliyyat zamanı xəsarət alanlardan 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğlunun yarası ağır olmadığından o, 1 saylı Kliniki Tibbi Mərkəzdən Pentensiar Xidmətin müəssisəsinə aparılıb.

“Report”un xəbərinə görə, digər yaralı 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğluna dəyən güllə bazu oynağından girib sümüyünü bir neçə yerdən sındırıb. Güllə hazırda onun dirsək oynağı nahiyəsində qalıb. Hazırda xəstəyə baxış keçirilir.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı “Qoca” ləqəbli Etibar Məmmədov və onun yanındakı İlqar Əzimov öldürülüb, A.Əsgərov və Ş.Bəyəlizadə güllə xəsarəti alıblar.

Son xəbərlər

Orphus sistemi